Əsas Səhifə > Hadisə > Millət vəkilləri İstanbula gedəcək

Millət vəkilləri İstanbula gedəcək


23-12-2017, 18:19
Millət vəkilləri İstanbula gedəcək

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva dekabrın 24-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən Rubrika.az"Ölkə.Az"-a verilən məlumata istinaden, millət vəkilləri Türkiyənin Liv Hospital Xəstəxanaları Qrupu və İstinye Universitetinin birlikdə təşkil etdikləri “Kök hüceyrələrinin tibdə tətbiqi” adlı konfransda iştirak edəcəklər.
Deputatlar həmçinin icbari tibbi sığortanın tətbiqi və işləmə mexanizmləri sahəsində Türkiyənin təcrübəsi və əldə olunan nailiyyətlərlə yaxından tanış olacaqlar.
Səfər dekabrın 28-də başa çatacaq.

Rubrika.az
Geri qayıt