Əsas Səhifə > Hadisə > Qazaxıstanda bədbəxt hadisə zamanı ölən 16 yaşlı azərbaycanlı vətənində dəfn ediləcək
Qazaxıstanda bədbəxt hadisə zamanı ölən 16 yaşlı azərbaycanlı vətənində dəfn ediləcək15-07-2019, 10:34 |
![]() Qazaxıstanın Kostanay vilayətinin uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov vəfat edib. Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir. Belə ki, bu il iyunun 28-də məhəllədəki futbol meydançasında oynayarkən qapı uşağın üstünə düşüb. Həkimlər Namiq Şirinova qaraciyərin yırtılması və güclü retroperitoneal hematoma diaqnozu qoyublar. Qeyd edək ki, gənc dünyasını dəyişdiyindən onun bu gün paytaxt Nur-Sultandakı klinikalardan birinə nəql edilməsi baş tutmayıb. N.Şirinovun valideynləri övladlarını Azərbaycanda dəfn etmək qərarına gəliblər. Akimat (icra hakimiyyəti - red.) mərhumun vətənə göndərilməsi üçün bütün xərcləri üzərinə götürüb. Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsi ilə cinayət işi başlanılıb. Məhkəməyə qədər istintaq davam etdiriləcək. Rubrika.az Geri qayıt |