Əsas Səhifə > İstisadiyyat > Mikayıl Cabbarov: “Ölkənin strateji valyuta ehtiyatları 52 milyard dollara çatıb”

Mikayıl Cabbarov: “Ölkənin strateji valyuta ehtiyatları 52 milyard dollara çatıb”


11-02-2020, 17:39
Mikayıl Cabbarov: “Ölkənin strateji valyuta ehtiyatları 52 milyard dollara çatıb”

2019-cu il iqtisadi artım dinamikası 2,2%, qeyri-neft sektorunda artım dinamikası isə 3,5%-ə çatıb.

Oxu.Az xəbər verir ki, bunu “Vergi islahatları: Birlikdə kölgədən işığa doğru” mövzusunda keçirilən konfransda çıxış edən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-in həcminin 90%-dən çox deməkdir.

M.Cabbarov onu da qeyd edib ki, qeyri-neft ixracında da artım dinamikası müşahidə olunur:

“Qeyri neft sektoru 14% artaraq 2 mlrd. dollara çatıb. İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib”.

Rubrika.Az
Geri qayıt