Əsas Səhifə > Cəmiyyət > Azərbaycanlı fırıldaqçı qadın Rusiyada tapıldı

Azərbaycanlı fırıldaqçı qadın Rusiyada tapıldı


3-03-2020, 17:44
Azərbaycanlı fırıldaqçı qadın Rusiyada tapıldı


Rusiyanın Saratov vilayətində Azərbaycanda axtarılan cinayətkar tapılıb.

Saratov.kp.ru-nun vilayət Prokurorluğuna istinadən yaydığı xəbərə görə, 60 yaşlı azərbaycanlı qadın 2013-cü ildə iki həmyerlisini aldadıb.

O, azərbaycanlı kişilərə qohumlarını Rusiyada ali məktəblərə düzəldəcəyinə kömək edəcəyini vəd edərək, onlardan 5000 və 8000 rubl (128.5 və 205.6 AZN) alıb.

Araşdırma zamanı məlum olub ki, həmin qadının heç Rusiya vətəndaşlığı olmayıb.

Rusiya Prokurorluğu həmin qadını Azərbaycana ekstradisiya edib.//oxu.az


Rubrika.Az
Geri qayıt