Əsas Səhifə > Dünya > Gürcüstanda koronavirusa yoluxanların sayı 340 nəfərə yüksəlib

Gürcüstanda koronavirusa yoluxanların sayı 340 nəfərə yüksəlib


16-04-2020, 20:22
Gürcüstanda koronavirusa yoluxanların sayı 340 nəfərə yüksəlib


Gürcüstanda koronavirusa yoluxanların sayı 340 nəfərə çatıb.

Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5000 nəfər saxlanılır, stasionar müalicədə isə 494 nəfər var. Virusa yoluxmuş şəxslərdən 76-sı sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Rubrika.Az


Geri qayıt