Əsas Səhifə > İdman > AFFA 17.5 milyon manatı hara xərcləyib?

AFFA 17.5 milyon manatı hara xərcləyib?


29-01-2021, 12:54
AFFA 17.5 milyon manatı hara xərcləyib?

2020-ci il hesabat dövründə AFFA-nın fəaliyyət xərcləri müəyyənləşib.

Rubrika.Az-ın qaynarinfo-ya istinadən məlumatına görə, milli yığma komandalara 9 milyon 905 min 833 manat xərclənib.

Əmək haqqı və ezamiyyə xərcləri 2 milyon 399 min 145 manat, qızlar və oğlanlardan ibarət U-10-dan başlayaraq, U-19-a qədər liqaların təşkili və turnirlərin keçirilməsinə 556 min 215 manat, hakimlər və Hakim-İnspektorlara 1 milyon 271 min 742 manat təşkil edib.

688 min 322 manat təsərrüfat xərcləri, 448 min 391 manat oyunların təşkili, 187 min 650 manat aviabilet və hotel xərcləri, 200 min 166 manat nəqliyyat xərcləri, 136 min 122 manat kommunal və rabitə xərcləri, 76 min 659 manat təhsil, 209 min 810 manat marketinq və sponsorluq departamentinə, 230 min 6 manat "Elit Məşq" Layihəsinə, 110 min 927 manat "Futbol dərsi" Layihəsinə, 468 min 572 manat "COVID -19" Pandemiyasının təsiri ilə əlaqədar yaranan xərclərə sərf edilib.

Digər xərclər isə 665 min 162 manatdır. Beləliklə, cəmi xərclər 17 milyon 754 min 722 manat olub. Burada yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Dövlət büdcəsinə 1 milyon 535 min 724 manat vergi ödənilib. Xərclərə Dövlət Sosial Müdafiə Fonduna aid olan ayırmalar, Azərbaycan klublarının da daxil edilib. Klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir.

Qeyd edək ki, 2022-ci ildə AFFA-nın gəlirləri 22 milyon 803 min 52 manat təşkil edib. Qurum 5 milyon manatdan çox mənfəət əldə edib.

Rubrika.Az
Geri qayıt