Əsas Səhifə > İdman > Polis “Barselona”nın ofisində: Bartomeu saxlanıldı (YENİLƏNİB)

Polis “Barselona”nın ofisində: Bartomeu saxlanıldı (YENİLƏNİB)


1-03-2021, 15:57
Polis “Barselona”nın ofisində: Bartomeu saxlanıldı (YENİLƏNİB)

İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu saxlanılıb.

Rubrika.az xəbər verir ki, bu barədə "Cadena SER" nəşri məlumat yayıb.

58 yaşlı funksioner bu gün səhər saatlarında həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir.

Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də saxlanılıb.

Qeyd edək ki, polis səhər saatlarından "Barselona"nın ofislərində araşdırma aparıb.

14:23

"Barselona”da xoşagəlməz hadisə yaşanıb.

Polis klubun ofisində axtarış aparıb.

Hüquq-mühafizə orqanının bir neçə əməkdaşı iş günü başlayandan "Barselona”nın ofisindədir. Axtarışların səbəbi açıqlanmır. Ehtimal edilir ki, buna səbəb La Liqa təmsilçisinin sosial şəbəkələrdəki fəaliyyətidir.

Qeyd edək ki, martın 7-də "Barselona”nın prezident seçkiləri keçiriləcək.(qaynarinfo)

Rubrika.az
Geri qayıt