Əsas Səhifə > Aktual > ABŞ-da yaşayan azərbaycanlının 3 yaşlı qızı Bakıda qaçırıldı - Qaytarmaq üçün pul istəyirlər

ABŞ-da yaşayan azərbaycanlının 3 yaşlı qızı Bakıda qaçırıldı - Qaytarmaq üçün pul istəyirlər


21-05-2021, 15:40
ABŞ-da yaşayan azərbaycanlının 3 yaşlı qızı Bakıda qaçırıldı - Qaytarmaq üçün pul istəyirlər

Dünyada ağac, metal və kimya sənayesi məhsullarının bahalaşması mebel sektorunu çətin vəziyyətə salıb. Mebel sənayesində istifadə edilən əsas xammalların dəyərinin yüksəlməsi istehsalçılardan qiymət artımına getməyi tələb etsə də, alıcı qüvvəsinin zəif olması qiymət artımlarının bir müddət təxirə salmağa məcbur edir.

İndi istehsalçılar onsuz da zəifləyən tələbi qorumaq üçün ciddi qiymət artımına getməyərək, daha az gəlirlə işləməyə üstünlük verirlər. Mebel sənayesi inkişaf edən Türkiyəli ekspertlərin proqnozuna görə, tələbin əvvəlki səviyyə qayıtmasından sonra mebel məhsullarının dəyərinin artması qaçınılmaz olacaq. Tələbin normallaşmasının isə postpamdemiya dövründə baş verəcəyi gözlənilir.

Sfera.az bildirir ki, son bir ildə ABŞ birjalarında ağac qiymətləri 2,8 dəfəyə yaxın artıb. Bir il ərzində ağacın bir kub metrinin dəyəri 210 dollardan 580 dollara qədər yüksəlib.

ABŞ-da qiymət artımları Azərbaycanın ağac idxal etdiyi Rusiya bazarına ciddi təsir etməyib. Bununla belə Rusiyada da müəyyən qədər bahalaşma var. Rusiyadakı bahalaşmanın nəticəsidir ki, Azərbaycanda ağacın pərakəndə satış qiyməti 315 manatdan 340 manata qədər yüksəlib.

Ağacın bahalaşması ondan hazırlanan məmulatların, o cümlədən mebel hissələrinin dəyərinin artmasına şərait yaradır. Azərbaycan istehsalçıları istifadə etdikləri məhsulların böyük hissəsini idxal etdiyindən xaricdə baş verən qiymət artımları tədricən ölkəmizə də sirayət edəcək.

Son bir ildə Azərbaycanda mebel məhsullarında bahalaşma yüksək deyil. Bu ilin ilk 4 ayında qiymətlər əvvəlki ilin eyni dövrünə nisbətən 1,5 faiz bahalaşıb. Bunun başlıca səbəbi tələbin zəif olmasıdır. Alıcılıq qabiliyyəti zəif olduğundan istehsalçılar yüksək qiymət müəyyənləşdirmir.

Tələbin zəifləməsi ilə əlaqədar mebel istehsalı və idxalı azalır. Bu ilin yanvar-aprel ayları ərzində mebel istehsalı 34,2 faiz azalıb. Ötən il istehsalda azalma 26,2 faiz olmuşdu.

İstehsalla yanaşı idxal da azalıb. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 26,759 milyon dollar dəyərində mebel və onun hissələrini idxal edib. İdxal, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə dəyər ifadəsində 1,866 milyon dollar və ya 7,5 % çoxdur. Amma miqdar ifadəsində mebel idxalının 10 faizə yaxın azaldığını görürük.

Mövcud vəziyyət onu göstərir ki, tələb artdıqdan sonra mebellərdə bahalaşma qaçınılmaz olacaq. Tələbin güclənməsi isə toylara icazə verilməsindən, əhalinin nominal gəlirlərinin artmasından və mebel satışı üzrə istehlak kreditlərinin artmasından asılıdır.

Rubrika.az
Geri qayıt