Əsas Səhifə > Müsahibə > Ukraynanın Almaniyadakı səfiri "Putinin dəli planı"ndan danışdı

Ukraynanın Almaniyadakı səfiri "Putinin dəli planı"ndan danışdı


3-06-2021, 14:58
Ukraynanın Almaniyadakı səfiri "Putinin dəli planı"ndan danışdı

Rusiya Prezidenti Vladimir Putin müstəqil Ukraynanı məhv etmək istəyir, çünki onu "göz tikanı” kimi qəbul edir.

Rubrika.az xəbər verir ki, bu sözləri Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik "Loyal” jurnalına verdiyi müsahibədə deyib.

"Onun planı əvvəlki kimi Ukraynanı müstəqil bir dövlət kimi məhv etməkdir. Onun dəli məqsədi də elə budur. Putin üçün mənim Vətənimin qərbyönümlü və demokratik inkişafı gözə batan tikan kimidir, çünki bu onun totalitar və korrupsiyalaşmış rejimi ümün təhlükə yaradır”, - Melnik fikrini izah edib.

Diplomat hesab edir ki, Ukrayna ordusu hələ də rus ordusundan əhəmiyyətli dərəcədə geri qalsa da, Rusiya Federasiyasının prezidenti Ukrayna Silahlı Qüvvələrinin imkanlarını aşağı qiymətləndirməməlidir. lakin Melnik Ukraynanın yalnız NATO üzvü olandan sonra tam təhlükəsizliyə nail ola biləcəyinə inanır.
Bundan əvvəl, Andrey Melnik artıq Alyansa qoşulma perspektivləri olmadığı təqdirdə, Ukraynanın nüvə statusunu bərpa etməyi düşünə biləcəyini bildirmişdi. Ancaq bu dəfə səfir bu gün bununla bağlı bir məsələ qaldırmağa lüzum olmadığını bildirib.

Bildiyiniz kimi, NATO bir neçə şərt yerinə yetirildiyi təqdirdə hər hansı bir ölkə üçün "ittifaqın qapıları açıqdır" deyə dəfələrlə bəyan edib. Bununla birlikdə, Ukraynanın quruma üzv olmasıyla bağlı təxmini bir tarix də təyin edilməyib.(qaynarinfo)

Rubrika.az
Geri qayıt