Əsas Səhifə > Siyasət > Amerika nəşri: “Azərbaycanlılar bir anda milyardlarla dolları...”

Amerika nəşri: “Azərbaycanlılar bir anda milyardlarla dolları...”


1-11-2021, 15:40
Amerika nəşri: “Azərbaycanlılar bir anda milyardlarla dolları...”

..ABŞ-ın “Popular Mechanics” elm və texnologiya jurnalı Liviya, Suriya və Azərbaycanda (Qarabağ) baş verən son silahlı münaqişələri təhlil edib.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, nəşr Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Türkiyənin pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə uğursuz olduğunu bildirib.

Jurnal Türkiyə PUA-larının Qarabağda Azərbaycanla Ermənistan arasındakı 30 illik müharibəyə 44 gündə son qoyduğunu yazıb.

Türkiyə dronlarının Rusiyanın zenit-raket sistemlərini uğurla məhv etdiyini qeyd edən “Popular Mechanics” aşağıdakı ifadələrə yer verib:

“Ermənilər mövqelərini möhkəmləndirmək üçün son illərdə Rusiyadan bahalı sistemlər satın almışdılar. Amma bu müharibədə bu sistemlər Azərbaycanın ölümcül döyüş PUA-larını aşkar etməkdə etibarsız olduqlarını sübut etdilər. Rusiyanın təyyarələrindən xeyli kiçikdir, amma manevr qabiliyyətləri daha yüksəkdir. Azərbaycanlıların göndərdiyi iki pilotsuz təyyarə - Türkiyədən alınmış “Bayraktar TB2” və İsraildən alınmış “Harop” dronları Ermənistanın müdafiə xəttini darmadağın etdi və milyardlarla dolları bir anda heç nəyə çevirdi. Xüsusilə lazerlə idarə olunan MAM sursatları ilə silahlanmış “Bayraktar” Amerika “Predator”unun Əfqanıstan və ya Somalidəki terror düşərgələrini vurduğu kimi vurur. “Harop” isə kamikadze kimi hədəfinə doğru şığıyır”.

Xankəndində olan xarici jurnalistlərə açıqlama verən erməni gənc Qarabağdakı müharibəni “internetdəki oyun savaşı”na bənzədib: “Onlar rahat oturacaqlarında oturub döyüşləri idarə edirdilər”.

Rubrika.az
Geri qayıt