Əsas Səhifə > Gündəm > “MTN işi”ndə Rauf Mirqədirov nüansı

“MTN işi”ndə Rauf Mirqədirov nüansı


22-10-2015, 17:07
“MTN işi”ndə Rauf Mirqədirov nüansı

“MTN işi”ndə Rauf Mirqədirov nüansı


Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar artıq məhkəməyə göndərilib.
Məsələ ilə bağlı Mirqədirovun vəkili Fuad Ağayev aşağıdakıları söyləyib:
“Rauf Mirqədirova qarşı verilmiş iddiam tamamilə əsassızdır. Bunu biz öncədən də söyləmişdik. İndi isə iş materialları ilə tanış olduqca bir daha qətiyyətlə söyləyə bilərik. (musavat.com)

Məndə olan məlumata görə, son günlər Milli Təhlükəsizlik Nazirliyində keçirilən əməliyyatlar nəticəsində saxlanılan şəxslər arasında Rauf Mirqədirovun işi ilə bağlı adamlar da var. Bir sıra faktlar ortaya çıxarmışıq. Məhkəmə zamanı çox ciddi faktlar ortaya qoyulacaq”.
Rauf Mirqədirovun sağlıq vəziyyətindən də danışan vəkil bildirib:
“Rauf Mirqədirovun sağlıq durumu elə də yaxşı deyil”.

Qeyd edək ki, Rauf Mirqədirov keçən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.
Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı yaydığı məlumatda deyilir: Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin, dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

RUBLİKA.AZ

Geri qayıt