Əsas Səhifə > Gündəm > Ermənilərin etirafı: “Bu sənəd Ermənistan diplomatiyasının məğlubiyyətidir”

Ermənilərin etirafı: “Bu sənəd Ermənistan diplomatiyasının məğlubiyyətidir”


6-11-2015, 12:32
Ermənilərin etirafı: “Bu sənəd Ermənistan diplomatiyasının məğlubiyyətidir”

Ermənilərin etirafı: “Bu sənəd Ermənistan diplomatiyasının məğlubiyyətidir”

AŞPA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsində Robert Valterin müəllifi olduğu “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hesabatın qəbul edilməsi Ermənistan diplomatitasının məğlubiyyətidir.
Bu barədə erməni deputatlar və siyasətçilər bildiriblər. (gun.az)

Bu ölkənin AŞPA-da nümayəndə heyətinin üzvü, “Erməni Milli Konqresi” (ANC) parlament fraksiyasının təmsilçisi Levon Zurabyan hesab edir ki, əgər Ermənistan tərəfi doğru strategiya həyata keçirsəydi, belə bir qətnamənin qəbulunun qarşısını almaq mümkün olardı:
“Birincisi, Ermənistan nümayəndə heyəti bu hesabatın qəbul edilməməsi üçün mübarizə aparmalı, heç olmasa məruzəçinin dəyişdirilməsinə nail olmalı idi. Bundan əlavə, erməni nümayəndə heyəti ilə XİN arasında əlaqələndirilmiş şəkildə iş aparılmayıb. Bu sənəd birmənalı şəkildə erməni diplomatiyasının məğlubiyyətidir. Səbəb isə düzgün tərtib edilmiş strategiyasının olmamasıdır”.

Ermənistanın sabiq xarici işlər naziri, BMT yanında keçmiş nümayəndəsi Aleksandr Arzumanyanın sözlərinə görə, bu sənəd qeyri-peşəkar işin və və laqeyd yanaşmanın nəticəsidir.
Onun sözlərinə görə, “Azərbaycanın neftdən qazandığı dollarla Avropa parlamentarlarını ələ alması” kimi fikirlər sadəcə “zəifliyin” gizlədilməsinin bir formasıdır.
Qeyd edək ki, sözügedən hesabat əsasında bu komitədə qəbul olunan qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılması tələb olunur.
Sənəd AŞPA-nın qış sessiyasının gündəliyinə daxil ediləcək.

RUBLİKA.AZ

Geri qayıt