• Kürdəmirin icra başçısının VƏHABİ SEVGİSİ - Rayon vəhabi oylağına çevrilir..

    Kürdəmirin icra başçısının VƏHABİ SEVGİSİ - Rayon vəhabi oylağına çevrilir..

    Yerli sakinlər Kürdəmirdə vəhabilərin sayının artmasının və paralel olaraq rayonun bütün gəlirli sahələrinin vəhabilərin nəzarətinə verilməsindən narahatdırlar

    Vidadi Zeynalovdan sonra Kənd Təsərrüfatı naziri Heydər Əsədova sığınan Ceyhun Cəfərovun bu yolla öz vəzifə kürsüsünü qorumağa çalışdığı bildirilir.

    Son illər radikal islam cərəyanlarının dünyanın bir nömrəli probleminə çevrilməsi hər kəsə aydındır. Dünya birliyi radikal dini islama, xüsusən də terrora qarşı mübarizə səylərini hər nə qədər birləşdirməyə çalışsalar da, radikal dini cərəyanlar getdikcə öz sıralarını daha da artırır və böyüyürlər. Buna misal olaraq hamının tanıdığı, Suriya və İraq ərazilərinin böyük hissələrini işğal edərək həmin ərazilərdə xilafət dövləti yaradan İŞİD təşkilatını göstərmək olar. İŞİD kimi qlobal təşkilatların tərfdarlarının bütün dünyaya yayıldıqları da heç kimə sirr deyil. Elə bu üzdən də bu qanlı təşkilat asanlıqla dünyanın ən çox qorunan bölgələrində asanlıqla terror aktları həyata keçirə bilirlər. Son olaraq Türkiyə və Belçika ərazilərində həyata keçirilən qanlı terror aktlarını da göstərmək olar. İŞİD-in Azərbaycanda da ciddi təhlükəyə çevrilməsi barədə dəfələrlə fikirlər səsləndirilib. Bu gün Suriyada və İraqda İŞİD sıralarında vuruşan yüzlərlə azərbaycanlı terroristin mövcudluğu bu təhlükənin miqyasını açıq şəkildə göstərməkdədir.

    Bəs terror təşkilatları necə yayılır və niyə terrorçuları vaxtlı vaxtında təsbit edib zərərsizləşdirmək mümkün olmur və buna görə də onlarla günahsız insanlar terror qurbanları olaraq can verirlər? Açıq demək lazımdır ki, bunun bir çox səbələri var. Lakin əsas səbəblərdən biri də dövlət qurumlarında çalışan yüksək vəzifəli şəxslərin həmin radikal dini cərəyanlara rəğbət bəsləiəsi və onlara hakmilik etməsidir. Bu halın dövlətlər səviyyəsinə qədər çıxması isə hazırda İŞİD kimi qlobal təhlükələrin ortaya çıxmasına səbəb olur. Çünki bəzi dövlətlər öz maraqlarını həyata keçirə bilmək üçün radikal dini cərəyanların "xidmətlərindən” yararlanırlar. Hazırda bunu "hibrid müharibə” də adlandırırlar.

    Son hadisələr, xüsusən də Ankara və Brüsseldə partlayan bombalar bir daha sübut elədi ki, hər bir dövlət öz daxilində radikal dini cərəyanların nüfuz dairələrini sıfıra endirməlidirlər. Bunun üçünsə təbii ki, ilk növbədə radikal dini cərəyanlara bu və digər şəkildə dəstək verən vəzifəli şəxslər müəyyən olunaraq zərərsizləşdirilməlidi. Açığı demək lazımdır ki, bu terrora qarşı mübarizədə qələbə çalmağın yarısıdır. Bəlkə də yarısından da çoxdur. Çünki heç kimə sirr deyil ki, siyasi və maliyyə dəstəyindən məhrum olan radikal dini cərəyanlar öz planlarını həyata keçirə bilməyəcəklər.

    Xatırladaq ki, Azərbaycanda da zaman-zaman bir sıra vəzifəli şəxslərin, həmçinin biznes dairələrinin adları radikal dini cərəyan olan və dünyada islam terrorunun əsas ideya mərkəzi hesab olunan vəhabilərlə hallanıb. Son zakmanlar baş verən qanlı hadisələrdə göstərir ki, bu şəxslərin fəaliyyətləri incələnməli və iddaların hansı səviyyədə həqiqəti əks etdirməsi müəyyənləşdirilməlidir. Daha əvvəllər də Azərbaycanda hər kəsin tanıdığı vəzifə və biznes sahiblərinin adları vəhabilərlə əlaqələrdə hallanıb. Misal üçün təqribən bir ilə əvvəl mətbuatda yayılan məlumatlarda göstərilirdi ki, Xırdalanda yerləşən "AAAF Park” Yaşayış Kompleksində vəhabilər üçün qucaq açdığı bildirilirdi. Hətta iddia olunurdu ki, vəhabilərə "AAAF Park” Yaşayış Kompleksində vəhabi təriqətindən olan şəxslərə güzəştli şərtlərlə mənzillər verilir, bəzən isə həmin mənzillər qarşılıqsız olaraq vəhabilərə bağışlanılır. Həmçinin "AAAF Park” Yaşayış Kompleksində vəhabilərin təbliğat hücrələrinin fəaliyyət göstərdiyi vurğulanırdı.

    Bundan başqa mətbuat əvvələr Tərtər rayon icra hakimiyyətinin başçısı olan, hazırda isə Kürdəmir kimi iri bir rayona rəhbərlik edən Ceyhun Cəfərovun da vəhabilərlə əlaqələrindən yazıb. Həmin məlumatlarda göstərilirdi ki, Ceyhun Cəfərov Tərtərdə vəhabilərə biznes şəraiti yaratmaqla yanaşı, Tərtərin abalaşdırılması üçün tenderlərin vəhabilərin rəhbərlik etdikləri şirkətlərə verir.

    Elə saytına Kürdəmirdən ünvanlanan şikayət məktubunda da Ceyhun Cəfərovun Tərtərdən sonra Kürdəmiri də vəhabilərin oylağına çevirməsi barədə ittihamlar səsləndirilir. Şikayət məktubunda bildirilir ki, iki il müddətində Kürdəmirdə Ceyhun Cəfərovun vəhabi dostlarının sayı xeyli artıb. Onlar rayonda məhz Ceyhun Cəfərovdan sonra peyda olublar və rayonun əsas gəlirli sahələri tədricən vəhabilərin nəzarəti altına keçməkdədir. Rayonda abadlaşdırma adı altında aparılan işlərin də vəhabilərə tapşırıldığı qeyd olunur. Maraqlıdır ki, bu vəhabilərin böyük əksəriyyəti Tərtərdən və Zaqataladan Kürdəmirə gəlirlər. Yerli sakinlər şikayətlənirlər ki, Kürdəmirdə ciddi şəkildə işsizlik problemi olmasına baxmayaraq, başqa rayonlardan gələn vəhabilər işə götürülürlər. Bu isə təbii ki, rayonda narazılıq ab-havası yaradır. İcra hakimiyyəti isə məsələ ilə bağlı bir qayda olaraq özlərini kənara çəkirlər. İcra hakimiyyətindən bildirirlər ki, işçiləri tenderin qalibi olan şirkət özüylə gətirir və bu məsələdə onlar nəsə eləmək gücünə sahib deyillər. Amma maraqlıdır ki, bir qayda olaraq rayonda görülən işlər vəhabilərə verilir. Bunun səbəbi isə təbii ki, icra başçısı Ceyhun Cəfərovun vəhabilərə olan sevgisidir.

    Məlumatda bildirilir ki, artıq rayonun alış-veriş çox olan hissələrində vəhabilərə aid marketlər, müxtəlif çeşidli dükanlar açılıb. Rayonda iopdansatış mərkəzləri də bir-bir sıradan çıxarılır, onları da bir qayda olaraq vəhabilər əvəz edirlər. Belə olan təqdirdə, dövləti təmsil edən icra başçısının onlarla bu qədər yaxın olması qəti başadüşülən deyil və kürdəmirlilər haqqlı olaraq həyacan təbili çalırlar.

    Qeyd edək ki, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun adı "MTN işi”ndə də hallanıb. Ceyhun Cəfərov "MTN işi”nə görə, həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun qohumudur və uzun illər boyu onu məhz Vidadi Zeynalov MTN-də olan hamiləri vasitəsi ilə rahatlıqla qoruyub.

    Xatırladaq ki, hal-hazırda Ceyhun Cəfərova Kənd Təsərrüfatı naziri Heydər Əsədovun hamilik etdiyi barədə məlumatlar dolaşmaqdadır. Vidadi Zeynalovdan sonra Heydər Əsədova sığınan Ceyhun Cəfərovun bu yolla öz vəzifə kürsüsünü qorumağa çalışdığı bildirilir.

    rublika.az


    Facebook-da paylaş