• Göyçay ƏSMM-in müdirinin «məmur maaşı» ilə əldə etdiyi sərvət…

    Göyçay ƏSMM-in müdirinin «məmur maaşı» ilə əldə etdiyi sərvət…

    Aqşin Qafurov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hansı səlahiyyətli şəxsin himayəsinə arxalanır?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) vətəndaşlar dövlət tərəfindən onlara verilən ünvanlı sosial yardımları almaqda çətinlik çəkir, süni əngəllərlə üzləşməli olurlar.


    Belə ki, adıçəkilən mərkəzin müdiri Aqşin Qafurovun yalnız şəxsi maraqlarını təmin etməyin yolları barədə düşündüyünü, vaxtının böyük bir hissəsini məhz bu istiqamətdə sərf etdiyini vurğulayan məlumatlı şəxsin saytımıza verdiyi informasiyada qeyd olunur ki, bu kimi səbəblər üzündən, ünvanlı sosial yardıma ehtiyacı olan göyçaylılar dövlət qayğısından məhrum qalırlar. Misal kimi, rayonun Yenikənd kənd sakini Rəşad Nadir oğlu Kərimovun üzləşdiyi problemi göstərən mənbənin sözlərinə görə, adıçəkilən şəxs ötən ilin avqust ayından sosial müavinət almaq üçün Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib: «Lakin indiyədək müraciəti təmin edilməyib. Rəşad Kərimov cəmin bir dəfə müavinət almağı bacarıb. Belə ki, həmin vaxt o, «şapka» kimi iki ayın pulunu mərkəzin müdiri Aqşin Qafurovun əməkdaşlarına vermişdi. Bildiyiniz kimi, hazırda sosial yardımlar iki il müddətinə verilir. Bu isə o deməkdir ki, artıq Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi əvvəlki illərə nisbətən daha çox gəlir əldə edir». Göyçay rayonu Ərəbşahverdi kənd sakinlərindən Xanəhməd Ağarəhimovun da Aqşin Qafurov və onun tabeliyində çalışan şəxslərin qanunsuz əməllərindən şikayətçi olduğunu bildirən mənbə qeyd edir ki, adıçəkilən şəxs bununla əlaqədar kütləvi informasiya vasitələrinə, həmçinin müvafiq qurumlara müraciət etsə də, problemi hələ də həll olunmayıb. Belə ki, 1998-ci ildə dünyaya gəlmiş qızı Səidənin anadangəlmə beyin iflici olduğunu deyən Xanəhməd Ağarəhimovun sözlərinə görə, qızı yataq xəstəsidir və əlillik dərəcəsinə görə ayda 72 manat pensiya alır: «Bütün müalicə xərclərini özümüz çəkirik. Lakin ciddi dəstəyə ehtiyacımız var. Üstəlik, ailəmizin dolanışığı dəhşətli vəziyyətdədir. Buna baxmayaraq, pay torpağımı sataraq onun pulu ilə Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurovdan 1000 manata qızım üçün əlil arabası aldım. (gundelik-baku)Qalan pulu da müalicəyə xərclədik. Halbuki əlil arabası xəstələrə pulsuz verilməlidir». Aqşin Qafurovun ünvanlı sosial yardım almaq istəyənlərə də zülm etdiyini vurğulayan Ərəbşahverdi kənd sakini iddia edir ki, üzləşdiyi poblemlə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qəbulunda olub: «Həmin vaxt icra başçısı rayonun Mallışıxlı kənd bələdiyyəsinin sədri Eldar Məhərəmmova göstəriş verib ki, mənə 1,5 hektar torpaq sahəsi ayrılsın. Arayış tərtib etdilər, yazdılar, pozdular. Axırda məlum oldu ki, ümumiyyətlə, mənə torpaq sahəsi icarəyə belə verilməyib. Bütün sənədlər saxtadır. Bələdiyyə sədrinə durumu izah etdikdə bildirdi ki, burada məqsəd mənim ünvanlı sosial yardım ala bilməyimdir. Çünki bu arayışla həmin pulu almaq mümkündür». Bu arada, məlumatlı şəxs bildirir ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri ünvanlı sosial yardımın təyin edilməsində «özünəməxsus» qaydalardan yararlanır:
    «Deyilənlərə görə, Aqşin Qafurov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli şəxslərindən birinin himayəsinə arxalandığı üçün bir sıra tapşırıq və göstərişlərə əhəmiyyət vermir, öz bildiyini edərək müxtəlif yollarla gəlirlərini artırır. Belə ki, deyilənlərə görə, Aqşin Qafurov, həmçinin Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Fuad, Fəhmin və Esmira adlı əməkdaşları sosial yardım almaq istəyən rayon sakinlərinə əlavə problemlər yaradaraq onları «tələb»ləri ilə razılaşmağa vadar edirlər. Məhz ub cür yollarla mərkəzin müdiri rayonda özünə nəhəg villa inşa etdirib. Bundan başqa, onun rayonda bir neçə obyekti, qoyunçuluq təsərrüfatı, hektarlarla torpaq sahələri, Bığır kəndində iki qoyun ferması var. Təbii ki, bütün bunları yalnız məmur maaşı ilə əldə etmək mümkün deyil. Deməli, buradan da belə qənaətə gəlmək olar ki, Aqşin Qafurov bu boyda sərvəti məhz Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin hesabına, daha doğrusu ünvanlı yardımların verilməsi zamanı irəli sürülən «şərt»lər hesabına qazanıb».

    Gündəmşok


    Facebook-da paylaş