• Bəzi xarici şirkətlərin Azərbaycana qarşı qərəzi...

    Bəzi xarici şirkətlərin Azərbaycana qarşı qərəzi...

    Bu dəfə "Ebay" işğal olunmuş ərazilərimizi təhrif etdi

    Hal-hazırda Azərbaycan bir sıra seçilmiş dünya ölkələri ilə eyni səviyyədə gedir desək, yanılmarıq.

    Həqiqətən də günü-gündən ölkəmiz inkişafa doğru gedir. Dünya miqyaslı tədbirlərə ev sahibliyi edən ölkəmizi düşmənlərimizlə yanaşı bir sıra ölkələr də gözü götürmür. Bu ölkələr iç üzlərini ara-sıra ortaya qoyurlar. Ermənistanın bizə qarşı etdiyi təxribatlara o qədər gözümüz vərdiş olub ki, bizim üçün artıq bu hal adiləşib. İnkişaf gedən hər bir ölkədə bu cür gözü götürməmə halları xeyli saydadır. Lakin vaxt aşırı dünya miqyaslı firma, təşkilatların etdiyi təxribatlar bizim üçün doğurdan da təsiredici məqamdır. Götürək elə bugün ən aktual xəbər olan "Ebay"-ın dövlətimizin ərazi bütövlüyünü tanımamasını bəlli edəcək təxribatla gündəmə gəlməsini. Azərbaycan brendi sayılan "Azəri-Çıraq-Günəşli" yatağından çıxan xam neft emalının nümunə qabının üzərindəki xəritədə Azərbaycan ərazisi təhrif olunub. Belə ki, işğal olunmuş ərazilərimiz xəritədə qeyd olunmayıb. Bu həqiqətən də gülünc doğuran bir hadisədir. Çünki, indi biz bütün dünyada bir sıra tədbirlərlə və ya təşkilat qurumları vasitəsi ilə ermənilərin törətdikləri təxribatlardan hər kəsi məlumatlandırırıq. Bəs nə səbəbə tanınmış bir ölkə olaraq hansısa bir qurumun bizə təxribat törətməsində maraqlı olan şəxslər cəzasız qalıb? Bunun arxasında bir sıra məqamların olduğu məlum məsələdir. Əgər dünyaya bizim neftimiz paylanırsa, nə səbəbə payladığımız bu neftlə bizə qarşı təxribat törədirlər? Doğrudan da bu kimi çox suallar bizim beynimizi məşğul edir.
    Ən maraq doğuran məsələ isə bu xəritənin silinməsi xüsusi peşəkarlıqla baş verib. Yalnız işğal altında qalmış torpaqlarımızın xəritədən silinməsi doğrudan da çox qərəzli olaraq atılmış bir addımdır. Digər bir təxribata misal çəkdikdə qeyd edə bilərik ki, aprel döyüşlərində ölkəmizi kimlərin istəmədiyi üzə çıxdı. Aprel döyüşləri zamanı dünyanın dörd bir tərəfi xəbər agentlikləri bu döyüşlərlə bağlı reportajlar hazırlamışdı. Əsasən də qonşu ölkə Rusiyanın bütün xəbər agentlikləri ölkəmizlə bağlı qərəzli şəkildə xəbərlər hazırlayırdı. Bunlardan biri olan "Life News" kanalının rəhbərliyi bir rus xanımı Tərtər rayonuna reportaj üçün ezam etdirmişdir. Əgər döyüş bölgəsindən xəbər hazırlanırsa buna hökmən dövlət tərəfindən icazə olmalıdır. Lakin bu rus xanım heç bir icazəsiz Tərtər rayonundan video çəkiliş hazırlamışdı. O xəbərdə səsləndirirdi ki, Tərtər camaatı maşınlarda gecələyirlər. Lakin maşınların içərisi boş olduğu kadrlardan görünürdü. Müxbir verdiyi dezinformasiyanın doğruluğu üçün bir sürücüyə yaxınlaşır. Sürücü son olayaları səsləndirərək deyir ki, hər gün atışmalar olmasına baxmayaraq insanlar tərk etmirlər yurdlarını, ermənilər torpaqlarımızı zəbt ediblər. Lakin aparıcı xanım rus dilində səsləndirir ki, burda maşın axşam daha çoxalacaq, onlar müharibə istəmirlər. Daha sonra isə rus bir müsahib taparaq ondan müsahibə alır. Həmin şəxs neytral qaldığını müharibə olmaması istəyini çatdırır. Həmin xəbərin ardı olaraq qarşı tərəflə daha bir reportaj hazırlayıb və bizə qarşı daha bir qərəzli mövqedə olduğunu göstərib. Həmin xanım müxbirin elə ilk cümləsindən qərəzli sözü diqqəti cəlb edib. O sözünə "Dağlıq Qarabağ Respublikası" səsləndirirək, Qarabağın cəld, peşəkar, güclü ordusunun olduğunu deyib. Yalan yalnış xəbər hazırlayan bu xanım aparıcını yəqin ki, hər kəs xatırladı. Bu xəbərin hazırlanmasını göstəriş verənləri, xəbər kanalını araşdırdıqda ziddinə getsək şahidi olarıq ki, həmin kanalın rəhbəri erməni əsilli Aram Qabrelyan olduğu məlum olacaq. "Ebay"-ın törətdiyi təxribata bənzər Beynəlxalq axtarış sistemi olan "Google Maps"-da vaxtaşırı ölkəmizə təxribatı davam etməkdədir. Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə "Google Maps" - da Azərbaycanın və işğal altında olan torpaqlarımızın adı erməni dilində yazılaraq "Dağlıq Qarabağ Respublikası" kimi qeyd edilib.(gundelik-baku)Beynəlxalq axtarş mərkəzi sayılan "Google Maps"-in bu cür qərəzli, yalnış məlumatı verməsi doğurdanda narahatlığa zəmin yaradır. Nə səbəbə görə bizim ərazi bütövlüyümüzə qərəzli şəkildə yanaşırlar? Bunun arxasında dayanan hansı ölkənin olması o qədər də təəccüb doğurmur. Lakin bu göstərşə kim verib, nə ixtiyarla yerinə getirirlər? Bu artıq qaranlıq qalan bir haldır. Buna bənzər bir digəri isə "Apple" şirkətinin yenidən ölkəmizə qarşı təxribatıdır. İOS əməliyyat sisteminə aid olan qurğularda avtomatik olaraq yerləşdirilmiş xəritədə işğal altında olan torpağımız Xankəndinin Stepanakert olaraq yazılmasıdır. Bir ara gündəmi zəbt etmiş digər təxribat xəbəri isə "Beko" firmasının Xankəndində mağaza açmasıdır. Bu xəbərlə bağlı ekpertlər çox araşdırmalar aparmışdır. Məlum olmuşdu ki, adı çəkilən şirkətin Ermənistanda təmsilçisi var. Onların isə 12 ədəd mağazası fəaliyyət göstərir. Ermənilər torpaqlarımızla yanaşı milli xörəklərimiz, musiqimizə qarşı da tez-tez təxribatlar törədirlər. Lakin nə qədər çalışsalarda etdikləri heç bir təxribatla gerçəyi dəyişmək mümkün deyil. İşğal altındakı bütün ərazilər bizim torpaqlarımızdır. Bu gerçəyi çox dəyişməyə çalışırlar, bundan ötrü dəridən qabıqdan çıxırlar. Biz inkişaf edib irəliyə doğru əmin addımlarla getdikcə bizə qarşı kimsə təxribat törədirsə bu onun geridə qaldığının işarəsidir.

    Rublika.az


    Facebook-da paylaş