• ABŞ Türkiyədən niyə uzaqlaşır? – Ceffridən ilginc açıqlama

    ABŞ Türkiyədən niyə uzaqlaşır? – Ceffridən ilginc açıqlama

    ABŞ-ın ən qalmaqallı diplomatlarından biri olan Ceyms Ceffri Türkiyədə 15 iyul dövlət çevrilinə cəhdlə bağlı maraqlı açıqlama verib.

    “Hürriyət”in suallarını cavablandıran Ceffri də hadisələrin arxasında Fətullah Gülənin olduğunu təsdiqləyib.

    Gizli təşkilat hakimiyyətə gəlmək istədi

    “15 iyul hadisələri faciə və vətəndaş müharibəsinə oxşar bir şey idi. Reallaşmadığı üçün hamımız məmnun olmalıyıq. Mənim 1980-ci ildə yaşadığım çevrilişdən, başqa ölkələrdə gördüyüm hərbi müdaxilələrdən çox fərqli idi. Şahidi olduğum çevrilişlər yaxşı, ya pis, bir nöqtədən idarə olunub və demokratiyaya dönüş məqsədi ilə keçirilib. Burada isə qiyamçıların məqsədinin nə olduğunu tam olaraq bilmirik. Ancaq o da məlumdur ki, demokratik sistemi yıxıb, yerinə gizli bir təşkilatı iqtidara gətirmək əsas hədəf olub.(axar.az)

    Türkiyə sübut etsin

    Hamımız dəqiq nəticələri gözləyirik, ancaq dəlillərin çoxu Fətullah Gülənin üzərində dayanmağa məcbur edir. Dəlillər deyərkən yalnız Türkiyə hökumətinin açıqlamalarını nəzərdə tutmuram. Bunu planlaşdıranların hərbdən anlayışı olmadığı ortadadır. Bildiyimə görə, Gülən hərəkatı orduya sızıb. Onsuz da polis və məhkəmə daha əvvəl onların əlində idi. Türkiyədə çalışdığım illərdə bunun şahidi olmuşam. 15 iyul hadisələrinin arxasında Gülənin olma ehtimalı çox güclüdür, ancaq Türkiyə bunu məhkəmədə sübut etməlidir.

    Ərdoğan Vaşinqtonda sevilmir

    Türklər və amerikalılar bir-birini qətiyyən anlamır və hər şeyin kökündə də bu durur. Türkiyədə liberallarından tutmuş millətçisinə, islamçısına qədər belə bir düşüncə var: böyük güclər yüz illərdir bismarkçı siyasətlə ölkənizin zəifləməsini istəyir. 1905-ci ildə ilişib qalmısınız. Avropaya, Amerikaya, hətta Rusiyaya belə baxışınız dəyişməyib. 1983-cü ildən bəri Türkiyə-ABŞ əlaqələrində mənim birbaşa şahid olduğum bütün böhranlara rəng qatan bu arqument türklərin Qərbi zərrə qədər də anlamadığını sübut edir.

    Qərblilərin əsas məqsədi insan haqları və azad düşüncədir – vəssalam! Bu, avropalılar üçün yüz illərdir belədir. Dolayısı ilə çevriliş təşəbbüsü gündəmə gəlincə, dərhal insan haqlarının pozulması narahatlığı yaranır. İndi siz mənə, “bir dəqiqədə bir qrup general Türkiyədə insanların öldürülməsi təlimatını verib, tankları küçəyə çıxarıb və islamçı təbəqənin bir parçası olub, bu, Ərdoğandan daha böyük təhlükədirmi”, deyə soruşacaqsınız. Onu qeyd edim ki, Ərdoğan Vaşinqtonda sevilmir. Ərdoğan Avropada da sevilmir. Avtoritar görünür və yaxşı bir oyunçu olmadığı fikri hakimdir. Qərb əvvəllər Ərdoğandan daha avtoritar liderlər görüb, indi də görür. Ancaq fərq budur: səudiyyəlilər, misirlilər hər mövzuda bizə yaltaqlanırlar. F-16-ları, müttəfiq münasibətləri düşünərək bizimlə eyni dəyərləri paylaşırmışlar kimi görünməyə çalşırlar. Ərdoğan isə bizimlə mübarizə aparır, fikir ayrılıqlarımızı üzümüzə deyir, dostumuz olmağa çalışmır. Daha avtoritar liderlər isə bizə dost kimi görünməyə çalışır. Ərdoğan bu səbəbdən Vaşinqtonda sevilmir. Bilirəm, heç normal vəziyyət deyil.

    Ərdoğandan savayı, Vaşinqtonda türklər də o qədər sevilmir. Türk ordusu çox çətindir. İŞİD-lə savaşmır, aylarla sürən danışıqlar davam edir. Başqa ölkələr isə 4 təyyarə göndərib, İŞİD-lə döyüşürəm, deyir. Əslində, heç nə etmirlər, ancaq mühüm xal qazanırlar. Onu demək istəyirəm ki, Vaşinqtonda hökumətinizə qarşı bir güvənsizlik var. Belə bir vəziyyətdə çevriliş cəhdi gündəmə gəlib.

    Kerri bunu hansı başla deyib?

    Fikrimcə, çevriliş uğurlu olsaydı, ABŞ mütləq buna qarşı çıxacaqdı. Ancaq çevrilişin uğursuz olacağı çox qısa vaxtda bilindi və dərhal həm ABŞ, həm də Avropada “Ərdoğan bundan hər zaman olduğu kimi, avtoritarlaşma üçün yeni bir vasitə olaraq istifadə edəcək” fikri formalaşdı. Bu vaxt, “hər zaman etdiyimizi təkrarlayaq – Ərdoğanı tənqid edək” fikri aktuallaşdı. Bu səbəbdən Kerri “Türkiyəni NATO-dan çıxaraq” kimi axmaq açıqlama verdi. Bunu hansı başla deyib, bilmirəm, ancaq bu, tam bir dəlilikdir”.

    Xatırladaq ki, Ceffri 2008-2010-cu illərdə ABŞ-ın Türkiyədəki səfiri olub.

    Rublika.az


    Facebook-da paylaş