• Hüseynqulu Bağırov hakimiyyətdən nəyin qisasını alır: Sabiq naziri məhkəmə qapılarında qoyan səbəb

    Hüseynqulu Bağırov hakimiyyətdən nəyin qisasını alır: Sabiq naziri məhkəmə qapılarında qoyan səbəb

    Ölkənin imici, atdıqları addımların nəylə nəticələnəcəyi umurlarında deyil. Siyasətin komanda oyunu olduğunu da unudublar, yalnız “fərdi driblinqlər” sayəsində nələrəsə nail olmağa çalışırlar. Ortaya çıxan mənzərə isə arzuolunmazdır, məmurların sonradan düzəldilməsi asan olmayan əməllərinin ağrısını isə həmişə olduğu kimi hakimiyyət, bir qədər də konkretləşdirsək ölkə prezidenti İlham Əliyev çəkir.

    Rubrika.az Savash.org-a istinadla bildirir ki, hakimiyyətə yeni başağrısı verməyə çalışanlardan biri də sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, keçmiş nazir haqqında dərc olunmuş yazıya görə Anaxeber.info saytının baş redaktoru Azər Talıbovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Savash.org-un məlumatına görə, Bərdə rayon məhkəməsində prosesə start verilib, görünən odur ki, sabiq nazir saytın rəhbərini həbs etdirmək istəyir. Bunun hansı nəticələr doğura biləcəyini düşünməyərək, baş redaktorun həbsini qarşısına məqsəd qoyan cənab Bağırovun bu aqressiyası ilk baxışdan anlaşılan deyil. Həm də o səbəbdən ki, məhkəmə çəkişməsinə səbəb olan “Mircəfər Bağırov yolu: Hüseynqulu Bağırovun mediaya repressiyasından prezidentə – MÜRACİƏT” başlıqlı yazıda sabiq naziri məhkəməyə müraciət etməyə vadar edən “ciddi səbəbi” tapa bilmədik. Yazıda Hüseynqulu Bağırovun nazir olduğu dövrdə yaşıllıqların kütləvi şəkildə qırılmasından bəhs edilir, eyni zamanda sabiq nazirin jurnalistləri məhkəməyə çəkməsinə eyham vurularaq onun qohumu Mircəfər Bağırov yolu ilə getməsi vurğulanıb. Yazıda daha sonra Hüseynqulu Bağırovun prezidentin etimadını itirməsi səbəbindən tutduğu nazir vəzifəsindən azad edildiyi iddia olunub.
    Bizə maraqlıdır, Hüseynqulu Bağırov yuxarıda qeyd olunan ittihamların hansıyla razılaşmır ki, baş redaktorla münasibətlərinə məhkəmə zalında aydınlıq gətirmək qərarına gəlib? Məgər onun nazir işlədiyi uzun illər ərzində Azərbaycan meşələri qırılıb talan edilmədimi? Yaxud, Bağırovun jurnalistləri məhkəməyə çəkməsi onun atasının əmisi olmuş Mircəfər Bağırovun repressiya metodlarına bənzəmirmi? Sonda, məgər Hüseynqulu Bağırov prezidentin yanında etimadını itirməsəydi onu nazir vəzifəsindən niyə azad edirdi? Göründüyü kimi saytın yazdıqları hətta bir qədər sərt və kobud üslubda yazılmış olsa belə bu məsələnin xüsusi ittiham qaydasında məhkəmə baxışına çıxardılması üçün yetərli səbəb sayıla bilməz.
    Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında mətbuatın yazılara görə məhkəməyə verilməsini, tənqidlərinə görə jurnalistin həbsini yolverilməz sayıb, özünü hətta onu tənqid edən mətbu orqanlara qarşı da “mətbuatın dostu” kimi aparıb. Ötən Milli Mətbuat Günü isə prezident İlham Əliyev jurnalistləri onun köməkçiləri adlandıraraq nöqsan, qanunsuzluq olan yerin aşkarlanmasında medianın rolunu qiymətləndirmişdi, ictimai nəzarətin vacibliyini vurğulamışdı.
    Amma sabiq nazir “Diffamasiya haqqında” qanunu pozaraq məhz yazıya görə jurnalisti məhkəmələrdə sıxışdırmaq yolunu tututb. Məqsədi nədir? Sabiq bilərəkdən ya bilməyərəkdən bir vaxtlar təmsil olunduğu hakimiyyət üçün ciddi problem yaratmaqda olduğunu bilmirmi görəsən? Onu da bilmirmi ki, hətta baş redaktoru tələb etdiyi kimi həbs etdirməyə nail olsa bunun səsi ölkə hüdudlarından kənardan gələcək? Bu fakt Azərbaycan hakimiyyətini tənqid etmək üçün bəhanə və fürsət gözləyən məlum xarici dairələrin əlinə samballı kompromat vermiş olacaq?
    Savash.org bildirir ki, məhkəməyə çəkilən anaxeber.info saytının baş redaktoru Azər Talıbov mətbuata açıqlamasında məhz bu məqama toxunaraq sabiq nazirə düşünmək üçün bəzi ipucları da verib. Baş redaktor qeyd edib ki, H.Bağırov onu həbs etdirmək niyyətin düşməklə hökumətə, prezidentə, Azərbaycana hansı pislik eləmək istədiyinin fərqinə deyil:
    “Bu günlərdə vitse-spiker Bahar Muradov bildirdi ki, Azərbaycanda heç kəs tənqidi fikrinə, siyasi fəaliyyətinə görə təqib olunmur. Prezident də həmişə beynəlxalq tədbirlərdə, xarici jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycanda media azadlığı var, jurnalistlərə təzyiq göstərilmir, internet tam azaddır.
    Amma Hüseynqulu Bağırov həbs həvəsinə düşməklə ölkənin adını dünyanı qeyri-azad mediaya malik ölkələr siyahısına salmaq istəyir, xaricdən bəyanatlar, tənqidlər səslənməsinə nail olmaq məqsədi güdür.
    Bununla hökuməti, prezidenti Avropa təşkilatları ilə üz-üzə qoymaqda olduğunu anlamır. Mən prezidentə açıq şəkildə müraciət edirəm ki, peşə fəaliyyətimə və məhz yazılarıma görə keçmiş nazirin hədəfindəyəm, məni həbs etdirmək istəyir”.
    Baş verənlərdən çıxan nəticə isə odur ki, görünür, Hüseynqulu Bağırov vəzifədən azad edilməsinin qisasını jurnalisti tutdurmaqla Azərbaycan hakimiyyətini beynəlxalq təzyiqlər altına salmaqla çıxmaq niyyətindədir.
    Bu arada isə sosial şəbəkələrdə və mediada 17 il nazir işləmiş Hüseynqulu Bağırovun həmin illər ərzində xaricə nə qədər sərvət daşıması haqda şok məlumatlar yayılıb. Öncə Avropa boyu sabiq nazirə bağlı şirkətlərin siyahısına diqqət yetirin. Britaniya Krallığı, Almaniya, Avstriya, Çexiya, Kipr, Türkiyə…
    Bağırovun nəzarətində olduğu iddia edilən şirkətlərin siyahısı ilə təkcə tanışlıq onun sərvətinin miqyası haqda ilkin təəssürat yaradır. Jurnalis Cavanşir Həsənli qələmə aldığı aşağıdakı məqalədə Bağırovların topdağıtmaz biznes imperiyasının siyahısı dərc olunub. Onlarla tanış olaq:
    – NORDFIELDS MANAGEMENT LIMITED – İngiltərə
    – NORDFIELDS HOSPITALITIES LTD – İngiltərə
    – NORDFIELDS INVESTMENTS LIMITED – İngiltərə
    – STAMINA INVESTMENTS LIMITED – İngiltərə
    – WELGEAR INVESTMENTS LIMITED – Kipr Respublikası
    -STS TURİZM VE OTELCİLİK İNŞAAT LİMİTED – Türkiyə
    – DEREAN LIMITED – İngiltərə
    – LIEGENSCHAFTSVERWERTUNGS GmbH – Avstriya
    – WU IMMO CENTER GMBH – Almaniya
    – REANDER LIMITED – İngiltərə
    – ROMERSTAL INVESTMENTS LIMITED – İngiltərə
    – LLOYD MCKENZIE LIMITED – İngiltərə
    – WU TRAINING CENTRE UK LTD – İngiltərə
    – TURNKEY SOLUTIONS LIMITED – İngiltərə
    – ISLA INVESTMENT, S.R.O. – Çexiya

    Hüseynqulu Bağırovun ailəsinə məxsus NORDFIELDS MANAGEMENT LIMITED şirkəti 2015-ci ilin iyunun 15-dən fəaliyyətdədir. İingiltərə Ədliyyə Nazirliyindən SC507502 saylı şəhadətnamə alıb. Şirkət Hüseyqulu Bağırovun qızı 1989-cu il, iyul təvəllüdlü Sevinc Bağırovanın adına rəsmiləşdirilib. Fəaliyyət sahəsi maliyyə menecmentliyi göstərilir.
    Sevinc Bağırovanın İngiltərədəki evi i85-87, Borough High Street, London ünvanında yerləşir. Söhbət hansısa bir mənzildən yox, mülkiyyət olaraq satın alınmış iri binadan gedir.
    Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovanın adına açdığı daha bir şirkət NORDFIELDS HOSPITALITIES LTD də 2015-ci ilin uyunun 3-də Birləşmiş Krallıqda qeydiyyatdan keçib.Yəni Bağırovlar İngiltərədə bir gündə iki şirkət açıblar. NORDFIELDS HOSPITALITIES LTD SC507488 saylı qeydiyyat şəhadətnaməsi alıb. Hal-hazırda da fəaliyyət göstərir. Qeydiyyat ünvanı:
    85-87, Borough High Street, London, England
    Bu şirkət vasitəsilə Bağırovlar ailəsi 2015-cü ilin oktyabrın 9-da Şotlandoyanın Qlazqo şəhərində Avropanın məşhur sanatoriyalarından olan Buchanan Arms Oteli alıb. Otel 3 ulduzlu olsa da müalicə və istirahət üçün yaxşı təmin olunub. Sanatoriyanı Sevinc Bağırova idarə edir.
    Keçmiş nazirin ailəsinə məxsus STAMINA INVESTMENTS LIMITED isə bu şirkətlərdən 3 ay əvvəl, 2015-ci il martın 5-də qeydiyyatdan kexib. Şəhadətnamə nömrəsi: 09471905. Ünvan isə eyni olub: 85-87, Borough High Street, London, England. Bu şirkət də Sevinc Bağırovanın adına olub. Bağırovlar ailəsi STAMINA INVESTMENTS LIMITED vasitəsilə Londonda bir neçə daşınmaz əmlak alışını həyata keçirib və 23 August 2016-cı il tarixdə onu qapadıblar.
    Hüseynqulu Bağırovun İngiltərə sevdasına əlavə olunan növbəti şirkət NORDFIELDS PROPERTIES LIMITED-dir. Şirkət SC444402 saylı şəhadətnamə ilə 2015-ci ilin mayın 7-də Londonda qeydiyyatdan keçib. Ofisi Bağırovlara məxsus sanatoriyada yerləşir. Daşınmaz əmlak alqı-satqısı və icarəsi ilə məşğuldur.
    Şirkət ilk əvvəl 6 şəxsin ortaqlığı ilə qeydiyyatdan keçib. Bunlar Hüseyqulu Bağırovun oğlu, 1979-cu il təvəllüdlü Lətif Bağırov, 1965-ci il təvəllüdlü Mavritaniya vətəndaşı Vedanund HAURADHUR, artıq adı sizə bəlli olan Sevinc Bağırova, 1945-ci il təvəllüdlü İngiltərə vətəndaşı , John William BUICK, Qərb Universitetinin vitse-prezident, Hüseynqulu Bağırovun özündən 3 yaş kiçik olan bacısı Düriyyə Nuriyevadır. 29 noyabr 2017-ci ildən bəri direktor vəzifəsini də Hüseynqulu Bağırovun oğlu icra edir.
    Lətif Bağırov Londona hələ 14 il əvvəl ayaq açıb və ilk dəfə İngiltərədə 2005-ci ilin aprelin 20-də TURNKEY SOLUTIONS LIMITED şirkətini qeydiyyatdan keçirib. 05430122 saylı qeydiyyat şəhadətnaməsi alan şirkət OFFICE 96, 1535 MELTING POINT, 5 FIRTH STREET, HUDDERSFIELD ünvanında fəaliyyət göstərib və növbəti il oktyabrın 17 qapadılıb. Bu şirkət vasitəsilə Bağırovlar Londonda ilk daşınmaz əmlaka sahib olurlar. Şirkəti MIKHAIL ALEXANDROVICH ZHABIN adlı milliyyətcə rus olan İngiltərə vətəndaşı idarə edib.
    Hüseynqulu Bağırovun İngiltərədəki ailə şirkərlərindən daha bir şirkər NORDFIELDS INVESTMENTS LIMITED 2013-cü ilin iyunun 5-də 08557695 saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Ofisi Londonda, Hatton Garden 63-66, Fith Floor Suite 23 ünvanında yerləşir. Bu şirkət də daşınmaz alışı və icarəsi ilə nəşğuldur. Şirkət sabiq nazirin bacısı Düriyyə Nuriyeva (şirkətin direktoru) və Sevinc Bağırovanın adına rəsmiləşdirilib.
    Düriyyə Nuriyeva hələ 2012-ci ildə Londonda WESTERN EDUCATIONAL CONSULTANCY LIMITED şirkətini açıb (qeydiyyat şəhadətnaməsi 08187544). Bir neçə əmlak aldıqdan sonra 31 mart 2015-ci ildə qapadılıb. Bundan bir neçə ay sonra Hüseynqulu Bağırov Birləşmiş Krallıqda daha bir şirkət açır.
    ROMERSTAL INVESTMENTS LIMITED 2015-ci ilin10 avqust tarixində 09725150 saylı lisenziya ilə fzaliyyətə başlayır. Qeydiyyat ünvanı: 85-87 Borough High Street, London, England. Keçən il yanvarın 27-də qapadılıb.
    Bağırovlar ailəsinə məxsus daha bir şirkət- REANDER LIMITED 2011-ci ilin dekabrın 1-də Londonda qeydiyyata Hüseynqulu Bağırovun ailə üzvü, Qərb Universitetinin dekanı, 1957-ci il təvəllüdlü Liana Bağırovanın və qızı Sevinc Bağırovanın adına açılıb və 07867199 saylı lisenziya ilə fəaliyyət göstərib. Ofisi Bağırovlara məxsus Borough High Street 30, London, United Kingdom ünvanında yerləşib. Bu bina Bağırovların mülkiyyətində olsa da, Londonun tarixi binalarından biri kimi mühafizə olunur.
    REANDER LIMITED-in qeydiyyatından bircə gün sonra Bağırovlar Londonda ai lənin hər iki üzvünün təsisçiliyi ilə DEREAN LIMITED adlı növbəti şirkəti qeydiyyatdan keçiriblar (lisenziya nömrəsi 07869770). DEREAN LIMITED özündən bir gün əvvəl açılan şirkətlə eyni küçədə, Borough High Street 85-87 ünvanında fəaliyyət göstərib. Hər iki şirkət ardıcıllıqla, 2016-cü ilin may və iyun aylarında ləğv edilib. Bağırovların ailəsinə aid LLOYD MCKENZIE LIMITED şirkəti (lisenziya nömrəsi 08187563) 2012-ci ilin 22 avqustundan 2015-ci ilin 21 mart tarixinə qədər fəaliyyət göstərib. Bu şirkət də Borough High Street 85-87, London ünvanında fəaliyyət göstərib.
    Bağırovlar ailəsinə məxsus WU TRAINING CENTRE UK LTD şirkəti də nazirin bacısı Düriyyə Nuriyevanın adına Londonda 10 dekabr 2014-cü ildə qeydiyyatdan keçib və 09348729 saylı şəhadətnamə ilə 31 may 2016-cı il tarixə qədər Borough High Street 85, London, England ünvanında fəaliyyət göstərib.
    Britaniya Krallığı Hüseynqulu Bağırovun Azərbaycandan daşıdığı sərvətlərin yeganə ünvanı deyil. O, Çexiyaya da böyük maraq göstərib bə 2011-ci il aprelin 13-də Praqada ailə şirkəti təsis edib. Isla Investment, s.r.o. 200 min kron nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Lisenziya nömrəsi: 24835951. Ünvan: Husitská 107/3, Žižkov (Praha 3), 130 00 Praha.
    Təsisçilər:
    Latif Baghirov – 10 % (Azərbaycan R., F.İbrahimbəyov 12/160)
    Aliya Nuriyeva – 10 % (Azərbaycan R.,F.İbrahimbəyov 12/194)
    Sevinj Baghirova – 10% (Azərbaycan R., F.İbrahimbəyov 12/160)
    Duriya Nuriyeva -35 % (Azərbaycan R., F.İbrahimbəyov 12/194)
    Liana Baghirova – 35 % (Azərbaycan R., F.İbrahimbəyov 12/160)
    Hüseynqulu Bağırov Kiprə də maraq göstərib və sərvətinin bir qismini bu ölkəyə yatırıb.
    WELGEAR INVESTMENTS LIMITED 2010-cu il martın 23-də Nikosiyada qeydiyyatdan keçib (lisensiya nömrəsi HE264613). 9 ildən bəridir ki, fəaliyyətdədir.
    Ünvanı: Sofouli 2,
    CHANTECLAIR BUILDING, Floor 8, Flat 801 Nikosiya Kipr.
    Şirkət nazirin bacısının adına qeydiyyatdan keçirilib.
    Bağırovların ailə biznesi Almaniya və Avstriyaya da ayaq açıb. Belə ki, Hüseynqulu Bağırovun oğlu və bacısı 2006-cı ilin sentyabrında Avstriyada Liegenschaftsverwertungs GmbH şirkətini qeydiyyatdan keçirilər (qeydiyyat nömrəsi FN 283461 f). Şirkət paytaxt Vyanada Hütteldorferstraße 110 ünvanında yerləşir. Bağırovlar bu öılədə də kifayət qədər sanballı mülk alıblar. Hazırda şirkətin hissələrinin 94 faizi Lətif Bağırovun Almaniyadakı WU Immo Center GmbH şirkətinə, 6 faizi isə nazirin bacısı Düriyyə Nuriyevaya məxsusdur.

    Almaniyada qeydiyyatdan keçirilmiş WU Immo Center GmbH şirkəti (qeydiyyat nömrəsi HRB 26689) 2016-cı il iyunun 11-dən fəaliyyətdədir və Wuppertal şəhərində Hofkamp 71 ünvanında çöxmərtəbəli bina alıb. Binanın hər kv m.-i 8.25 avroya icarəyə verilir.Düriyyə Nuriyeva əvvəllər bu şirkətə şərik olsa da 2017-ci ilin iyil ayından bəri Lətif Bağırov onun şəriksiz sahibidir. Şirkətin nizamnamə kapitalı 25 min avrodur. Şrkətin Almaniyadakı aktivlərinin qiyməti isə 6 milyon 170 min avro dəyərindədir.
    Bağırovlar Türkiyədə də şirkət açıblar. STM Turizm, Otelçilik və İnşaat Limited İstanbulda BARBAROS MAH. LEYLAK SOK. AĞAOĞLU ANDROMEDA C4 BLK.D.50 ATAŞEHİR ünvanında yerləşir. 4 May2011-ci ildən turizm və otelçilik sahəsində fəaliyyət göstərir. Çoxsaylı apartmanlara və pansionatlara sahibdir. Nizamnamə kapitalı -123 min 456 TL-dir. TİCARET VE SANAYİ ODASINDA qeydiyyata alınıb və 1234567890 qeydiyyat nömrəsi alıb. STM Turizm, Otelçilik və İnşaat Limited-in təsisçiləri Lətif Bağırov, Sevinc Bağırova, Liana Bağırova, Düriyyə Nuriyeva və Hüseynqulu Bağırovun bibisi qızı Aliyə Nuriyevadır.

    Rubrika.Az


    Facebook-da paylaş