• Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib

    Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib

    Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib

    Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

    Rubrika.Az “AzərTAc”a istinadla xəbər verir ki, prezidenti İlham Əliyev konfransda iştirak edib. 5 il öncə qəbul edilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla yerinə yetirildiyini və əvvəlki illərdə bölgələrdə aparılan islahatlara təkan verdiyini deyən prezident İlham Əliyev birinci dövlət proqramının qəbulundan keçən dövdəki nailiyyətlərə nəzər salıb.

    Dövlət başçısı bildirib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6, kənd təsərrüfatı 1,7, ixrac 4,7, valyuta ehtiyatları isə 24 dəfə artıb və indi 45 milyard dollar təşkil edir.

    15 ildə Azərbaycana 250 milyard dollar sərmayə qoyulub. Aparılan köklü islahatlar nəticəsində Dünya Bankının Duing Busines hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Bu dövrdə 2 milyon yeni iş yeri yaradılıb, sosial məsələlər uğurla həll olunub, maaşlar və pensiyalar dəfələrlə artıb, 3200-dən çox məktəb tikilib və yenidən qurulub, 640 tibb müəssisəsi, 44 olimpiya mərkəzi inşa olunub, məcburi köşkünlər üçün 100-dən çox qəsəbə salınıb, şəhid ailələri, müharibə əlillərinə 6650 mənzil verilib.

    “Biz bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik” deyən İlham Əliyev dünyada artan risklərə, təhdidlərə, gərginliyə baxmayaraq Azərbaycanın inamlı və dinamik inkişaf strategiyası nümayiş etdirdiyini bildirib, ölkədə aparılan siyasətin xalq tərəfindən dəstəkləndiyini vurğulayıb. Bildirdi ki, bu siyasət xalqın rifah halının yaxşıalşmasına, Azərbaycanın güclü dövlətə çevrilməsinə hesablanıb. Dövlət başçısı diqqətə çatdırdı ki, son 15 ildə ökədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı addımlar atılıb. Dövlət sahibkarlığın inkişafına güclü dəstək verib, sənayeləşmə prosesi uğurla aparılıb, avroparklar yaradılıb, Azərbaycan kosmik dövlətə çevrilib, “Asan Xidmət” mərkəzləri fəaliyyətə başlayıb.

    Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərləri tikilib, Avropada ən boyük infrastruktur layihəsi olan Cənub-Qaz Dəhlizinin açılışı olub. Azərbaycan Avrasiyanın strateji nəqliyyat mərkəzinə çevrilib, Bakı-Tiflis-Qars dəmir yolu işə düşüb, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olub. Son 15 ildə ölkədə 31 yeni elektrik stansiyası tikilib, təbii qazla təminat 95 faizə, içməli su ilə təminat 70 faizə yüksəlib. 15 min kilometr avtomobil yolu inşa olunub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 milyard manat vəsait sərf olunub.

    Bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.

    Nazir bildirib ki, proqram üzrə sahibkarlığın inkişafı üçün dövlət başçısı tərəfindən xeyli sayda sərəncamlar imzalanıb, onlara bir sıra güzəştlər tətbiq edilib:

    "Əlavə olaraq 2,8 milyard manatın ayrılması da sosial-iqtisadi inkişaf prosesinin sürətləndirilməsində həlledici rol oynayıb".

    Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə bildirib ki, tezliklə elektron ödəniş sistemi tam avtomatlaşdırılacaq.O deyib ki, sahibkarların xaricdən idxal etdiyi malların Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində saatlarla növbədə gözlədilməsi məsələləri aradan qaldırılacaq: “İdarədə bəyannamə təqdim etdikdən sonra sahibkarların növbədə gözləməsi komitədən asılı olan vəziyyət deyil. Bu, texniki problemlərlə bağlıdır. Belə növbələrin yaranmasına səbəb elektron ödəmə sistemində texniki nasazlığın hələ də tam aradan qaldırılmamasıdır. Artıq bununla bağlı iş aparılır. Tezliklə elektron ödəniş sistemi tam avtomatlaşdırılacaq. Bu, yüklərin daha tez boşaldılmasına və sahibkarların məhsullarının daha tez çatdırılmasına imkan verəcək”.

    S.Mehdiyev qeyd edib ki, bu il fevralın 1-dən ixracda “Yaşıl dəhliz” buraxılış sistemi tətbiq olunacaq: “Yaşıl dəhliz” buraxılış sistemi hazırda pilot variantda həyata keçirilir, fevralın 1-dən isə ixracda tam tətbiq olunacaq. Nəticədə sahibkarlar gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada gömrük orqanına göndərməklə, malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini icra edə, nəqliyyat vasitələrini gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istənilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatını həyata keçirə bilərlər”.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, Azərbaycanda kiçik və orta biznes üçün kadr bankının yaradılması istiqamətində iş aparılır. Nazirin sözlərinə görə, bununla bağlı hazırda İqtisadiyyat Nazirliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə müzakirələr aparılır.

    S.Babayev əlavə edib ki, xüsusilə yeni yaradılan təsərrüfatların sahibkarlar üçün kadr bazasına sadə çıxış imkanları olacaq: "Məşğulluq xidmətlərinin avtomatlaşdırılması bütün sahibkarlar üçün bir neçə istiqamətdə yeni imkanlar yaradacaq. Bütün işsiz və işaxtaran insanlar üçün onların bazasına birbaşa giriş imkanı yaradılacaq. Yəni sahibkarın axtardığı işçi qüvvəsinə sərbəst çıxış imkanı alacaq. Sahibkarlar üçün bu sahədə maraqlı olan hissə işçi resurslarıdır".

    Rubrika.Az


    Facebook-da paylaş