Fransa Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərov barəsində qərarını alqışlayır
Fransa səfirliyi Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qiymətləndirib.
Rubrika.Az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
"Fransa Azərbaycanda müxalif siyasətçi İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun aprel ayının 23-də bəraət almalarını alqışlayır. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzərə alan beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən müsbət inkişafdır, - deyə Fransa səfirliyinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada o da qeyd olunur ki, Fransa Azərbaycan hökumətini beynəlxalq öhdəliklərə, xüsusilə də mətbuat azadlığı və məhkəmə müstəqilliyinə riayət etməyi davam etməyə çağırır.
Rubrika.Az
Facebook-da paylaş