Azərbaycanda adambaşına düşən ÜDM 590 dollaradək artıb - YENİLƏNİB + FOTO
Azərbaycanda tətbiq olunan iqtisadi artım modeli əhalinin sosial rifahına əhəmiyyətli təsir göstərir.
Rubrika.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
Onun sözlərinə görə, ötən il ölkəmizdə adambaşına ÜDM 5 452 dolları üstələyib ki, bu da 2019-cu ilin göstəricisindən 590 dollaradək çoxdur.
12:58
Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb və bu, 2019-cu illə müqayisədə 11 milyard manatadək çoxdur.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb.
Rubrika.Az
Facebook-da paylaş