Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək
Beynəlxalq tədbirdə Türkiyə Diyanət İşləri Başkanı dr. Ali Erbaş və Mərkəzi Asiya respublikalarının müftiləri iştirak edəcəklər. Konfrans iştirakçıları türk dünyasının böyük din xadimi, təsəvvüf fəlsəfəsinin banisi Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət edəcək, Beynəlxalq Türk-Qazax Universitetində görüşlər keçirəcək.
Konfransda məruzə ilə çıxış edəcək QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərləri ilə məşvərət edəcək, TDT müsəlman dini liderləri Şurasının İstanbulda təsis olunmasından sonra Azərbaycanda keçiriləcək növbəti toplantısının müzakirəsini aparacaq.
Rubrika.Az
Facebook-da paylaş