Jurnalistlər üçün inşa edilmiş 3-cü bina ƏƏSMN-ə verildi - Belə deyirlər...
Jurnalistlər üçün inşa edilmiş 3-cü bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Rubrika.Az jamaz.info-ya istinadla xəbər verir ki, dünəndən etibarən nazirliyin əməkdaşları binanın təhvil-təslim işlərini həyata keçirməyə başlayıblar.
Məlumatda deyilir ki, hazırda binanın qaz, su və elektrik xətlərinin vəziyyəti yoxlanılır. Bundan başqa, bunada təmizlik işləri də aparılır.
Jurnalistlər üçün inşa edilmiş binanın ƏƏSMN-ə verilməsinin konkret səbəbləri məlum deyil. Güman olunur ki, həmin binadakı mənzillər Vətən Müharibəsində Şəhid olmuş şəxslərin ailələrinə veriləcək.
RUBRİKA.AZ
Facebook-da paylaş