• Bizim polisimiz bizi qoruduğu kimi biz də polisimizi qorumağı bacarmalıyıq !

    Bizim polisimiz bizi qoruduğu kimi biz də polisimizi qorumağı bacarmalıyıq !

    Bu gün dünyada cərəyan edən gərgin siyasi proseslər fonunda ölkəmiz siyasi sabitliyini qoruyub saxlayan, dinamik inkişaf edən bir dövlət kimi regionun lideri olaraq tanınır. Təbii ki, Azərbaycanın qazandığı tarixi qələbə, iqtisadi-siyasi müstəqilliyini qoruyub saxlaması və kimsənin diqtəsi ilə hərəkət etməməsi çoxlarını narahat edir, yuxusunu ərşə çəkir. Ölkəmiz ətrafında məkrli planlarını reallaşdırmağa çalışan mərkəzlər nəyin bahasına olursa olsun Azərbaycanı da siyasi təlatümlər meydanına çevirmək, ötən əsrin 90-ci illərindəki aciz və zəif duruma salmaq istəyirlər. Amma cənab Prezidentin polad iradəsi və dəmir yumruğu bu məkrli və xain planların reallaşmasına əngəl törədir.
    Hər tərəfdən təzyiqlərin, təhdidlərin hədəfində olan ölkəmizdə siyasi sabitliyin, təhlükəsizliyin təmin olunmasında Azərbaycan polisinin müstəsna əməyi danılmazdır. Dövlətə və xalqa sədaqətini dəfələrlə öz canı, qanı bahasına sübuta yetirən qəhrəman polislərimiz bu gün işğaldan azad olunan torpaqlarımızda uğurla xidmət aparır. Hər an gözlənilən düşmən təxribatının, terrorunun qarşısının alınması üçün ayıq-sayıq dayanan polislərimiz vətənə, xalqa şərəflə xidmətin yeni səhifələrini yazırlar.
    44 günlük Vətən müharibəsi dövründə istər ön cəbhədə, istərsə də arxa cəbhədə polis orqanlarının misilsiz fədakarlığı, öz vəzifə borcunu layiqincə yerinə yetirməsi böyük qələbəmizin təməl daşlarından biridir. Torpqlarımızın azadlığı uğrunda canından keçmiş yüzlərlə polis əməkdaşının xatirəsini uca tutan həmkarları bu çətin və şərəfli günlərdə mümkün olandan artıq fədakarlıq göstərdilər.
    Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevn başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində Azərbaycan polisi bu gün qarşıya qoyulan istənilən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır.
    Bütün həyatı Azərbaycan dövlətinə və xalqına sədaqətli xidmət səlnaməsi olan cənab Vilayət Eyvazov polis sistemində tamamilə yeni bir mərhələnin qurucusudur. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevn başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi davamı olaraq bu gün polis sistemində mahiyyətcə yeni dönəm başlanıb.
    Cənab nazir Vilayət Eyvazovun təyinatından sonra polis orqanlarında başlanan müsbət tendensiyalar hər gün artır. Polisin cəmiyyətdə durmadan artan nüfuzu, sistemə yeni qəbulun tam şəffaf şəkildə aparılması,layiqli şəxslərin polis orqanlarına qəbulu göz önündədir.
    V.Eyvazovun bütün həyatı xalqa,dövlətə və liderə şərəfli sədaqət simvoludur. O ən çətin məqamlarda-dövlətiə qarşı xain qüvvələrin məkrli planlarını reallaşdırmaq istəyəndə öz sədaqətini sübut edib. Öz həyatını belə riskə ataraq dövlətçiliyin qorunması üçün şanlı səhifələr yazıb. Vilayət Eyvazov Azərbaycan polisinin şərəf səlnaməsi,cəsurluq simvoludur. Təsadüfi deyil ki, bu gün onun rəhbərliyi altında hüquq mühafizə orqanları daha böyük məsuliyyətlə fəaliyyət göstərirlər. Vətən müharibəsindən sonra yüzlərlə qəhrəman qazinin polis sistemində işlə təmin olunması cənab nazirin bu sahəyə nə qədər həssas münasibətinin göstəricisidir.
    DİN-də son dövrlər aparılan kadr təyinatları da ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğuran cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin icrasına şübhəsiz ki, öz töhfəsini verəcəkdir.
    DİN-də son dövrlər aparılan kadr təyinatları da ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğuran cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin icrasına şübhəsiz ki, öz töhfəsini verəcəkdir.
    Nazirliyin fəaliyyəti, eləcə də KİV və geniş ictimaiyyətlə əlaqələrinin təmin olunmasında mətbuat xidmətinin operativ və obyektiv fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyevin bu sahədə rolu misilsizdir. Medyaya xüsusi diqqətlə yanaşmaq, vacib informasiyaları zamanında çatdırmaq bacarığı Elşad müəllimin iş prinsipidir. DİN-nin fəaliyyətinin cəmiyyətə doğru-düzgün çatdırılması baxımından KİV-in rolunu düzgün qiymətləndirən E.Hacıyev hər bir medya mənsubuna xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, son zamanlar nazirliklə medya və ictimaiyyət arasında əlaqələr ən üst səviyyədə təmin olunub. Bu isə E.Hacıyevin peşəkar yanaşmasının və gərgin əməyinin nəticəsidir.
    Regionlarda asayişin qorunmasında, qanunların aliliyinin təmin olunmasında yerli polis şöbələrinin çevik fəaliyyəti xüsusilə qeyd edilməlidir. Təbii ki, yerli polis orqanlarının işinin əlaqələndirilməsin yüksək səviyyədə təmin olunması qazanılan uğurların təməl daşıdır. Bu sahədə Mahir müəllimin gördüyü işlər, xüsusilə kurasiyasında olan ərazilərdə polisin çevik və operativ işinin təşkil olunması qazanılan uğurların təməl daşıdır. Bu sahədə İsmayıllı rayon Polis Şöbəsinin fəaliyyəti xüsusilə qeyd edilməlidir. İsmayıllı rayon Polis Şöbəsi öz fəaliyyətini Azərbaycan Konstitusiyası və qanunları əsasında, onun fəaliyyətini nizamlayan normativ aktlarla həyata keçirir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, milli maraqlara xidmət edir. Ölkəmizin demokratik və bəşəri dəyərlərə söykənərək inkişafını təmin edən Müzəffər Ali Baş Komandanının müəyyənləşdirdiyi dövlətçilik xəttinə sədaqət nümunəsi göstərir. Rayonda sabitliyin, ictimai asayişin təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
    Rubrika.az saytı olaraq hər zaman qəhrəman polislərimizin gərgin əməyini, gördükləri işləri işılaqlandırmışıq. Bunu həm də özümüzə bir vətəndaş borcu hesab edirik. Çünki bəziləri öz çirkin məqsədlərini reallaşdırmaq üçün yeri gəldi-gəlmədi daxili işlər orqanlarına, polis əməkdaşlarına şər-böhtan atmaqdan belə çəkinmirlər. Biz belə məqamlarda həmişə polislərimizin müdafiəsinə qalxmışıq. Bizi qoruyanların da hərdən haqsız hücumlardan qorunmasına ehtiyac yaranır. Medya mənsubu olaraq belə məqamlarda qəhrəman polislərimizin yanında olmağa çalışmışıq. Hesab edirik ki, ölkəmizdə siyasi sabitliyin, əmin-amanlığın qorunmasında müstəsna əməyi olan polislərimizi xarici dairələrdən maliyyələşən, çirkin maraqlarını reallaşdırmaq üçün hər cür şərəfsizliyə hazır olan qüvvələrin hücumlarından qorumaq hər bir vətəndaşın borcudur. Bizim polisimiz bizi qoruduğu kimi biz də polisimizi qorumağı bacarmalıyıq !

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş