• Laçından yenə ŞİKAYƏT - İLGİNC FAKTLAR - Yeni

    Laçından yenə ŞİKAYƏT - İLGİNC FAKTLAR - Yeni

    Redaksiyamıza Laçın rayonu Şeylanlı kənd sakini Baxışov Müqabil Baxış oğlu tərəfindən müraciət daxil olmuşdur. Müraciəti olduğu kim dərc edirik:

    Hörmətli Agentlik!

    Bildirirəm ki, Laçın rayonunda hakim kəsilmiş korrupsiya və rüşvətxorluğun qarşısının alınmaması onsuz da ağır olan vəziyyətimizi daha da ağırlaşdırır. Rayonda hökm sürən məmur özbaşınalığından yuxarı orqanlara yazdığımız şikayət ərizələri baxılıb tədbir görülməsi üçün Laçın rayon İcra Hakimiyyətinə göndərilsə də heç bir araşdırma aparılmadan basdırılır. İcra hakimiyyəti şikayətçiləri müxtəlif yollarla susdurmaqa nail ola bilr.Belə ki, 2015-ci iln səkkiz ayı ərzində rayonda iki-üç dəfə kütləvi etirazlar baş vermişdir.Baş vermiş ciddi etirazların qarşısında aciz qalan İcra Başçısı A.Səlimov il öncə köhnə polis təcrübəsindən istifadə edərək təzyiq mexanizmindən istifadə etdi. Lakin bu yolla etirazıları susdura bilmədikdə özünə yaxın olan bəzi KİV-lərə haqqında təriflər yazdıraraq qarşı tərəfi yalan və şantaj xarakterli yazılarla pisikdirir və bununla da yuxarı orqanları aldatmağa nail ola bilir. Rayonun İdarə və müəssisələrində vəziyyət olduqca ağırdı. Xüsusən Laçın RTŞ-də ağlagəlməz cinayət əməlləri baş alıb gedir. Vəziyyət o həddə çatıb ki, RTŞ-nin müdiri aldığı rüşvət müqabilində 11 uşağa on bir illik məktəb verir. Saxta diplomlu müəllimlərdən illik hesab yığılmaqla hələ də iş başında saxlanılır. Mövcud qanunvericiliyə zidd olaraq infeksion və ruhi əsəb sarsıntısı diaqnozu ilə pensiya alan müəllimlər auditorya içərisinə buraxılır. Təhsil Nazirliyinin təlimatlarına zidd olaraq Riyaziyyat, Ana dili, Ədəbiyyat, Kimya, Biologiya,Fizika və coğrafiya kimi mühüm fənlər ibtidai sinif və idman müəllimlərinin ayağına yazılır ki, bundan da RTŞ-nə aylıq hesab yığdırır. Bir çox məktəblərdə yoxlama yazı işləri aparılmadığı halda müəllimlərin adına yazı pulu buraxılır. Rayonun fin tipli məktəblərinin təmirinə ayrılmış vəsaitlə yeni məktəb tikmək olar.İnventar və avadanlıqlara və sayr xə rclərə ayrılmış vəsaitlər dolayı yollarla mənimsənilir.Fiziki və əqli qisurlu uşaqlara ayrılımış dərs saatları təlimata zidd olaraq ibtidai sinif müəllimlərinə verilir.Mühasibatlıq sənədlərindədə ciddi qanun pozuntularına yol verilir. Rayon müəllimlərinin əməkhaqqısından Həmkarın fonduna yığılmış pullar ayrı-ayrı müəllimlərin adına yazılmaqla mənimsənilir. Məktəb ərazisindən 200-300 km kənarda yaşayan sakinlərin adına texniki ştatlar yazılmaqla mənimsənilir. Laçın RTŞ-nin müdiri M.Vəliyev daha çox vəsait qazanmaq üçün bəzi məktəblərdə müəllimlərə kütləvi xəstəlik vərəqləri aldırır və jurnalları da müəllimin özü tərəfindən aparmaqla dövlət büdcəsindən əlavə pullar qoparılır. Göstərdiyimiz faktlar heç bir aidiyyatı orqan tərəfindən araşdırılmır və araşdırılma aparılmadığı halda məhkəmələrə verilib uzun süründürməçiliklərlə qarşılaşırıq. Rayonun Yaşıllaşdırma İdarəsinə ayrılmış vəsaitlə Laçın obalarında yüz hektarlarla meşə massivi salmaq olardı. Lakin rayonun sabiq icra başçısı R.Cəbrayılovun dövründə salınmış parkdan başqa bir dənə də olsun ağac əkilməyib. Ayrılan vəsait A.Səlimovun cibinə axıb. Rayonun idarə və müəssisələrində çalışan fəhlələr və texnika A.Səlimovun fermer təsərrüfatında işləyir. Rayon Səhiyyə şöbəsindədə vəziyyət çox acınacaqlıdır. Belə ki, RMX-nın və Təcili Tibbi Yardım bölməsinin həkim və texniki işçilərinin 50%-i Bakı, Abşeron və Sumqayıt şəhərlərində yaşayır. Laçın obalarındakı Tibb məntəqələrində çalışan elə işçilər var ki, kənd camaatı hələ də onu tanımır. Tibb məntəqələrinin təmirinə ayrılmış vəsaitlər də mənimsənilir. Dövlət tərəfindən pulsuz verilmiş dərmanlar xəstələrə verilmir. Hətta şəkərli diabet xəstələrinə verilən dərmanlar da satdırılır.
    Rayonun Mədəniyyət və Turizm şöbəsinə ağlamaq lazımdır. Bu sahə demək olar ki, tamamilə yoxdur. Kənd klub və mədəniyyət evlərinin, kitabxanaların heç bir fəaliyyəti yoxdur. İşçilərin əməkhaqqısından aylıq almaqla başlı-başına buraxılıb. Bu qurumun nəzdində fəaliyyət göstərən müsiqi məktəblərində şagird müəllimini tanımır. Respublikanın ayrı-ayrı regionunda yaşayan sakinlərinin adlarına dərs satları yazılmaqla aylıq hesab yığılır.
    Bu sahədə də inventar və avadanlıqlara ayrılmış vəsaitlər saxta sənədlərlə şəxsi ciblərə axır.

    Hörmətli Agentlik!

    Bu yazıdan sonra A.Səlimovun təzyiq və təqibləri ilə üzləşəcəm. Onsuz da məni susdurmaq üçün məhkəməyə verib təzminat tələb edəcəklər.
    Sizin portalınız vastəsi ilə Əlaqədar Nazirliklərə və şəxsən Maliyyə Naziri Cənab S.Şərifova müraciət edirəm.
    Göstərdiyim faktar iştirakım təmin olunmaqla araşdırılsın. Dediyim faktardan da daha ciddi korrupsiya əməlləri aşkarlanmasa məni məsuliyyətə cəlb etsinlər.

    Rublika.az


    Facebook-da paylaş