• Prezidentə MÜRACİƏT

    Prezidentə MÜRACİƏT

    Redaksiyamıza Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 1 D, mənzil 85-də yaşayan, ehtiyatda olan polkovnik Ziyadxan Bəkirovun Prezidentə müraciəti daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik:

    Hörmətli Prezident!

    2003-cü ildən bu günə qədər 58-ci dəfədir ki, Azərbaycan Respublikası Məhkəmələrinin mənim başıma gətirdikləri ilə əlaqədar Sizə müraciət edirəm. Ancaq bu müraciətlərin heç bir əhəmiyyəti olmadığına görə də məcburiyyət qarşısında qalmışam ki, ermənistan dairələrinə üz tutmağıma başqa ad verilməsin deyə, yenə də Sizə müraciət edirəm. Xahiş edirəm mənim bu çıxılmaz vəziyyətim ilə barışmamağımı ciddi qəbul edəsiniz.

    Təəssüflər olsun ki, mənim və ailəmin ətrafında yaranmış qanunsuzluqlar Sizi narahat etməyə vadar edir.

    Belə ki, oğlum Bəkirov Ramil (heç vaxt Azərbaycan vətəndaşı olmamış, Sankt-Pederburq şəhərində daimi qeydiyyatdadır, 3 otaqlı evi var, Rusiya vətəndaşıdır) 6 oktyabr 2006-cı ildə Bakı şəhərində ki, 283 saylı orta məktəbin direktoru Şüküfə Axundovanın qızı ilə ailə qurmuşdur. Toydan dərhal sonra hər ikisi Sankt-Pederburq şəhərundə daimi yaşamağa getmişdilər. Cəmisi 1 il 3 ay birgə yaşamışlar, övladları yoxdur. Oğlumun keçmiş həyat yoldaşı Sankt-Pederburq şəhərində yaşadığı müddətdə müvafiq orqanlara qeydiyyata düşməsi üçün müraciət etmiş, sənədlər toplamış, dövlətə rüsum ödəmişdir. Bütün sənədlər Bakı şəhərində məhkəmə çəkişmələri zamanı təqdim olunmuşdur. Ancaq bu sənədlərə heç kəs əhəmiyyət verməmişdir. Həmin sənədlərin surətini ərizəmə əlavə edirəm.

    2003-cü ilin oktyabr ayında anasının rəhbərliyi altında keçmiş gəlinim Bakı şəhərində mənim mülkiyyətimdə özəlləşdirilmiş olan mənzilimə qeydiyyata düşməsi üçün Nəsimi rayon Məhkəmasinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinə həmin müraciətin qanunsuz olduğunu nəzərə alaraq rədd cavabı vermişdir. Bundan sonra onlar Bakı şəhəri Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi, Ali Məhkəmənin Pleniumu və Ali Məhkəmənin sadiq Südabə Həsənovanın qeyri-qanuni çıxartdığı qərarlara əsasən mənim notarial qaydada təsdiq edilməmiş razılığım olmadan onu qeydiyyata salmışdır.

    Bununla bağlı Azərbaycanın bütün mövcud orqanlarına müraciət etməyim heç bir nəticə verməmişdir.

    2014-cü ilin İyul ayında mən yenidən Nəsimi rayon Məhkəməsinə müraciət edərək onu mənim evimdən çıxarılmasını xahiş etmişdim. Məhkəmənin 1 avqust 2014-cü il tarixdə çıxartdığı qərara əsasən mən, keçmiş gəlinim Səbinəyə 11.000 (on bir min manat) AZN məbləğində kompensasiya ödəməklə onu mənzilimdən çıxarılmasına müvafiq olmuşdum. Göstərilən pul məbləği 11.000 AZN-ni 2 sentyabr 2014-cü ildə Yasamal rayon Məhkəməsinin icraçısı Ramil Quliyevin yanında Şüküfə Axundova verilmişdir. Təsdiqedici sənədi ərizəmə əlavə edirəm. Qeyd etmək istəyirəm ki, yenə də oğlumun keçmiş qaynanası Şüküfə Axundova bütün varlığı ilə bu qərarın çıxmasına mane olmağa çalışdı. Elə buna görə də mən məcbur oldum ki, 17-18 iyul 2014-cü il tarixində (www.etatist.com) saytı vasitəsilə mənim başıma gətirilənləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə çatdırmışdım. Həmin müraciətdə mən bildirmişdim ki, necə ki Dağlıq Qarabağın ermənilər əl çəkməyən kimi anası erməni əsilli olan Şüküfə Axundova da məndən əl çəkmir. Anasının erməni olmasının Şüküfə Axundova və onun qızı bizə dəfələrlə bildirərək onların yanında ermənilərə heç bir söz deməyə imkan vermədiklərini bildirmişlər.

    Bundan sonra Şüküfə Axundova mənim Prezidentə müraciətim zamanı işlətdiyim ifadələri təhqiramiz sayaraq məni Nəsimi rayon Məhkəməsinə vermişdir. Məhkəmə bu məsələyə baxana qədər Şüküfə Axundova mənim işlətdiyim ifadələri təhqiramiz hesab etdiyinə görə mən ondan internet vasitəsilə üzr istədim. İnternetdən çıxarışı ərizəmə əlavə edirəm. Nəsimi rayon Məhkəməsi 11 iyul 2014-cü ildə çıxardığı qərarla həmin müraciətimi təhqiramiz hesab etmədi.

    Yuxarıda göstərilənlərlə kifayətlənməyən Şüküfə Axundova yenidən məni Nəsimi rayon Məhkəməsinə verərək məndən və göstərilən internet saytından 50.000 (əlli min manat) AZN məbləğində cərimə və cinayət işinin açılması tələb etmişdir. Nəsimi rayon Məhkəməsinin hakimi Etibar Hümbətov 23 yanvar 2015-ci il tarixli mənim iştirakım olmadan ( mən Sankt-Pederburq şəhərində idim) çıxardığı qətnaməyə əsasən Şüküfə Axundovanın şərəf, ləyaqət, işgüzarlıq nüfuzunun “təhqir” etdiyimə görə mənə 4200 (dörd min iki yüz manat) AZN məbləğində cərimə kəsmişdir.

    Hesab edirəm ki, çıxarılan qətnamə Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun deyil, şər və böhtan xarakteri daşıyır. Çünki:

    1. Erməni ifadəsi işlənilərkən yalnız və yalnız milli mənsubiyyət, dövlət vətəndaşı anlayışı yaranır.

    2. Mən, həmin müraciətdə insan şərəf və ləyaqətinin işgüzar nüfuzunun aşağı salınması üçün heç bir ifadədən istifadə etməmişəm.

    3. Prezidentdə olan müraciətimdə mən erməni əsilli olanlara qarşı hansısa güc, qanunsuzluqla işlərindən qovulmasış onların yaşayaşına xələl gətirilən heç bir ifadə işlətməmişəm.

    4. Azərbaycan Respublikasının Məhkəmələrinin qanunsuz qərarlarına əsasən notariat qaydada razılığım olmadan, mənzilimə qeydiyyata düşmüş keçmiş gəlinimin qeydiyyatdan çıxarılması üçün mən ona 11.000 (on bir min manat) AZN məbləğində kompensasiya ödəmişəm. Təsdiqedici sənədləri bu ərizəmə əlavə edirəm.

    Mən nə etməliyəm?

    Bir halda ki, mənim nəinki insan eləcə də vətəndaş hüquqlarım tamamilə tapdalanır. Azərbaycan Respublikasında 14 ildir ki, qanunların aliliyinə inansamda həmin qanunla öz hüquqlarımı müdafiə edə bilmirəm.

    Hörmətli Prezident!

    Xahiş edirəm yuxarıda yazılanları ciddi qəbul edərək mənim işimin 14 oktyabr 2015-ci ildə Bakı şəhəri, Apellyasiya Məhkəməsində hakim A.Abdullayevanın çıxaracağı qərarın ədalətli olmasına köməklik edəsiniz. Qoy mərdi qova-qova namərd etməsinlər.

    RUBLİKA.AZ


    Facebook-da paylaş