Ramil Usubov deputat oğluna vəzifə verdi
Ramil Usubov deputat oğluna vəzifə verdi
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.(axar.az)
Bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərovun tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edildiyi barədə məlumat yayılmışdı. Ancaq yayılan bu məlumatı Q.Qələndərov təkzib etmişdi. Q.Qələndərov hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsində işini davam etdirdiyini və yayılan xəbərin əsası olmadığını iddia etmişdi.
Qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.
RUBLİKA.AZ
Facebook-da paylaş