İran həbs olunanları pul qarşılığında azad etdi
İran həbs olunanları pul qarşılığında azad etdi
Güney azərbaycanlı milli fəal, yazar Elşən Böyükvənd məhkəməyə qədər 30 milyon tümən qarşılığında sərbəst buraxılıb.
Bundan əlavə, Muğan əyalətində həbs olunan 9 nəfər Ramin Əzizpur, Nadir Əzizi, Arman Musəvi, Şəhram Ruhi, Ətabək Sipehri, Əli Əhmədi, Vəhid Nəriman , Bəhram Bəradəran azadlığa buraxılıb. Bu barədə Elşən Böyükvənd açıqlamasında bildirib. (Femida.az)
"Məhkəmə prosesi hələ bitməyib. Bizi məhkəməyə qədər azadlığa buraxıblar. Biz dəqiq günü bilmirik. 30 milyonluq sənədi girov kimi qoyub məhkəməyə kimi, azadlığa buraxılmışıq."
Xatırladaq ki, saxlanılan şəxslər "İranın təhlükəsizliyinin qatmağa cəhd" maddəsilə ittiham olunurlar.
Yazar həmçinin qeyd edib ki, polis onları saxlayan zaman təhqir edib.
İran telekanalının "Fitile" uşaq verilişində türklərin təhqir olunmasına başqa şəhərlərdə kütləvi etiraz aksiyaları zamanı saxlanmış milli fəalların "bir çoxu hələ dustaqdadır".
RUBLİKA.AZ
Facebook-da paylaş